"Qarabağ Dirçəliş Fondununa 100 milyonlarla vəsait toplanıb" - Rəhman Hacıyev
13:52 15 Noyabr 2021
"Qarabağ Dirçəliş Fondununun sərəncamında hazırda 100 milyonlarla vəsait toplanıb. Fond həmin vəsaitləri səmərəli şəkildə idarəetməyə çalışır ".
Femida.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri cənab Rəhman Hacıyev 25-ci Beynəlxalq Biznes Forumda deyib. O bildirib ki, Fondunun bütün xərcləri layihələrin idarə olunması əsasında əldə olunan mənfəət hesabına ödəniləcək:
"Dağıdılmış Azərbaycan mədəniyyətinin, irsinin bərpasında maraqlıyıq. Şuşa şəhərində bir neçə həyata keçirilən layihənin tam maliyyələşdirilməsi üzrə danışıqları başa çatdırmışıq. Yaxın zamanda həmin layihələri açıqlayacağıq".
R.Hacıyev qeyd edib ki, yaxın zamanlarda yeni layihələr də olacaq: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi iıə memorandum imzalanıb. Bu ayın sonunda Zəngilan rayonunda 40 minə yaxın ağac əkiləcək. Suvarılma sistemi və ağacların əkilməsi Fondun dəstəyi ilə həyata keçiriləcək".
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
- Jurnalist vəsiqəsinin formasının ilkin layihəsi artıq hazırlanıb
- "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanacaq
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən həyata keçiriləcək layihənin hazırlıq işləri başa çatıb