Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
17:34 21 May 2022
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.
Femida.az xəbər verir ki, məlumatı Ağ evin saytı yayıb.
Bildirilib ki, ABŞ Prezidenti müvafiq qanun layihəsini mayın 21-də imzalayıb.
Qeyd edək ki, mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi.
Bununla da Rusiya ordusu fevralın 24-də hərbi əməliyyata başlayandan ABŞ-ın Ukraynaya yardımı 50 milyard dolları ötüb.
Oxunub: 310
Oxşar xəbərlər
- Bayden Çinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb
- Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə İlham Əliyevin addımlarını alqışlayıb
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
- Bayden mayda Asiya ölkələrinə səfər edəcək
- Bayden Ukraynaya yeni hərbi yardım paketini elan edib
- Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb
- Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər
- Bayden: “Putin kimyəvi silahdan istifadə edə bilər”
- Bayden Polşaya səfər edəcək
- Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək