Səyyar ASAN xidmət Mingəçevir və Salyanda
15:16 11 Yanvar 2016
Səyyar ASAN xidmət 11 yanvar - 9 fevral tarixlərində Mingəçevir şəhərində Mingəçevir sakinlərinə, 11 - 27 yanvar tarixlərində isə Salyan rayonunda Şirvan və Salyan sakinlərinə səyyar formada xidmət göstərəcək.
Dövlət Agentliyinin İnformasiya təminatı sektorundan Femida.az-a verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
* Notariat fəaliyyəti;
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
* Əmək pensiyalarının təyin edilməsi;
* Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
* Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Oxunub: 1393
Oxşar xəbərlər
- Səyyar ASAN Tovuzda
- Səyyar ASAN Neftçala və Pirəkəşküldə
- Səyyar `ASAN xidmət` beş yeni məntəqədə
- Səyyar “ASAN xidmət“də ödənişsiz tibbi müayinə
- Səyyar ASAN yeni məntəqələrdə
- Səyyar `ASAN qatar` Şabran
- Səyyar ASAN xidmət 3 şəhərə gedir
- Səyyar `ASAN xidmət` İsmayıllı və Lerikdə
- Səyyar `ASAN qatar` Balakəndə
- Səyyar ASAN bu bölgələrdə gedir - SİYAHI