"Taliban" gələn ilə qədər qızlar üçün məktəbləri açmağı planlaşdırır


19:15     27 Noyabr 2021 21_11_27_1638023002.jpg

"Taliban" 2022-ci ildə Əfqanıstanda qızlar üçün məktəbləri açacağını vəd edib.

Femida.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Taliban" hökumətinin baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Türkiyənin səfiri Cihad Argin ilə görüşündə deyib.

"Yeni təhsil planı başa çatdıqdan sonra gələn il bütün ölkə üzrə qızlar üçün məktəblər açılacaq", - hökumət rəsmisi deyib.

Kəbirin sözlərinə görə, qadınlar ölkədə pasport idarəsi, hava limanı və səhiyyə sektoru kimi müxtəlif qurumlarda, əksər əyalətlərdəki məktəblərdə çalışırlar.

"Taliban" nümayəndəsi qeyd edib ki, Əfqanıstanın Türkiyə başda olmaqla bütün ölkələrin dəstəyinə və əməkdaşlığına ehtiyacı var.

Açar sözlər:

Oxunub: 339