Maqsud Mahmudova əlavə ittiham verilib, istintaq yekunlaşıb
09:20 26 Yanvar 2022
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Femida.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
İş üzrə 90 nəfər zərərçəkmiş var.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ildə il iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 573
Oxşar xəbərlər
- Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatıb
- Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə verib
- Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə verib
- Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub
- Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib
- Maqsud Mahmudov müğənnilərdən şantajla pul tələb edib - İTTİHAM AKTI
- Maqsud Mahmudovun məhkəməsi başlayıb
- Maqsud Mahmudovun məhkəməsinin vaxtı məlum olub
- Maqsud Mahmudov Azərbaycana belə gətirildi (VİDEO)
- Maqsud Məmmədova “Şöhrət” ordeni verildi