Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb


11:36     26 Yanvar 2022 22_01_26_1643179013.jpg

Beyləqan rayonunda 43 yaşlı kişini avtomobil vurub.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Şahverən kəndində qeydə alınıb.

Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Süleymanov Ramil Ağamirzə oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüklərinin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 552