Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
11:45 07 Fevral 2022
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini V.İsmayılovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.
Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Oxunub: 738
Oxşar xəbərlər
- Beyləqanda ev yanıb, xəsarət alan var
- Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
- Beyləqanda çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var
- Beyləqanda avtomobil ağaca çarpılıb, ölən var
- Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb
- Beyləqanda avtomobil qadını vuraraq öldürüb
- Beyləqanda sevgilisinin qətlini sifariş edən qadın kassasiya şikayəti verib
- Beyləqanda azyaşlı yanaraq ölüb
- Beyləqanda külli miqdarda narkotik vasitə aşkarlanıb
- Beyləqanda koronavirus xəstəsi saxlanılıb