Samuxda fermada çoban həmkarını bıçaqlayıb


13:03     29 Yanvar 2022 22_01_29_1643447055.jpg

Samux rayonunda fermada çoban həmkarını bıçaqlayıb.

Femida.az -ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 28-i saat 19 radələrində rayonun Qarabağlar kəndində yerləşən fermada qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Əkbərov çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan, 1987-ci il təvəllüdlü Elçin Süleymanova aralarında yaranan şəxsi münasibətlər zəminində qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurub.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 457