Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb


10:11     06 Mart 2022 22_03_06_1646547080.jpg

Samuxda bir neçə gün əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət alan FHN əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Femida.az -ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1991-ci il təvəllüdlü T.Məmmədov iş zamanı bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alıb.

Fevralın 25-dən Gəncə şəhərində yerləşən xəstəxanaların birində müalicə alan T.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə rayon ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə gedən zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 480