Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb


14:02     31 Yanvar 2022 22_01_31_1643616194.jpg

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Femida.az-a bildirib ki, rayonun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi barədə məlumatlarla əlaqədar araşdırmalara başlanılıb.

Onun sözlərinə görə, araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək", - Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı da iddia olunur.

Açar sözlər:

Oxunub: 820