Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb


09:11     29 Sentyabr 2022 22_09_29_1664426942.jpg

Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

''Report''un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1853