Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub
21:55 04 Fevral 2022
Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub.
Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə deyib.
Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib.
Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.
Prezident İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.
Oxunub: 489
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb
- Vətən müharibəsi iştirakçısına hökm oxunub
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Vətən müharibəsi iştirakçılarının həkimə ən çox hansı şikayətlə müraciət etdiyi məlum olub
- Vətən müharibəsi veteranlarına Prezident təqaüdünün təyinatı yekunlaşıb
- Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək
- Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb