Vətən müharibəsi iştirakçılarının həkimə ən çox hansı şikayətlə müraciət etdiyi məlum olub
11:51 03 Mart 2022
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə YAŞAT Fondu tərəfindən Agentliyə yönləndirilmiş müraciətlərə əsasən ötən il ərzində İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 124 055 tibbi xidmət göstərilib.
Agentlikdən Femida.az-a verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 108 607-si ambulator, 15 448-i isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 8 544 şəxsin 7 685 nəfəri müharibə iştirakçısı, 859 nəfəri isə şəhid ailəsi üzvü olub.
İkinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (2 730), cərrahi sarğılara və tikişlərə qulluq (1 843), ümumi tibbi baxış (1 789), odlu silah və digər silah növləri tərəfindən törədilmiş yaralar (1 188) və cərrahi müdaxilədən sonrakı vəziyyətlər (1 136) ilə bağlı olub.
Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya - ürəyin işemik xəstəliyi (796), essensial hipertenziya - yüksək qan təzyiqi xəstəliyi (463), xroniki posttravmatik baş ağrısı (411), ümumi tibbi baxış (197) və xroniki böyrək xəstəliyi (191) ilə əlaqədar olub.
Ötən il ərzində icbari tibbi sığorta vasitəsilə 290 nəfər müharibə iştirakçısı, 62 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 490 cərrahi əməliyyat icra olunub. Ümumilikdə 352 pasiyent üzərində icra olunan əməliyyatlar arasında partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (31), cərrahi müdaxilədən sonrakı vəziyyətlər (29), baş və boynun ikinci dərəcəli termiki yanığı (18), qasıq yırtığı (12) və qamış sümüyü cisminin sınığı (11) üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.
Agentlik İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Qeyd olunan şəxslərin ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələrdən keçməsi, habelə dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərdən müqaviləli tibb müəssisələrində yararlanmaları üçün Agentlik tərəfindən bütün zəruri addımlar atılır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.
Oxunub: 566
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb
- Vətən müharibəsi iştirakçısına hökm oxunub
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Vətən müharibəsi veteranlarına Prezident təqaüdünün təyinatı yekunlaşıb
- Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək
- Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
- Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb