Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb


12:15     07 Fevral 2022 22_02_07_1644216435.jpg

Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb.

Femida.az - a daxil ilan məlumatda deyilir:

"Fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri - 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranan münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istimtaqa cəlb olunub.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir".

Açar sözlər:

Oxunub: 483