Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
09:23 13 Fevral 2022
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər sakini Elsevər Usubalıyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat verilib.
E.Usubalıyev barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Oxunub: 593
Oxşar xəbərlər
- Şamaxıda yol qəzasında ər və arvad xəsarət alıb
- Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb
- Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürülüb
- Şamaxıda canavarlar mal-qaraya hücum ediblər
- Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq olub
- Şamaxıdan gətirilərək sığınacağa yerləşdirilən uşaqların son durumu açıqlanıb
- Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb
- Şamaxıda qadını hədələyərək qızıllarını alan şəxs tutulub
- Şamaxıda satıcı sahibkarın 9 minini oğurladı - RƏSMİ
- Şamaxıda iki avtomobil toqquşub, xəsarət alan var