ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub


16:14     15 Fevral 2022 22_02_15_1644922816.jpg

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri Leysan Məmmədov vəzifəsindən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

L.Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, L.Məmmədov ötən ilin yayına qədər Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 794