Macarıstan Ukrayna ilə sərhədə qoşun göndərir


19:00     22 Fevral 2022 22_02_22_1645538430.jpg

Macarıstan qoşunlarını ölkənin şərqində cəmləşdirəcək.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar Rusiya-Ukrayna arasındakı böhran fonunda miqrantların potensial axını ilə əlaqədardır.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Açar sözlər:

Oxunub: 520