Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb
10:12 23 Fevral 2022
Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Astara sakinindən 28 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, əlavə olaraq narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.
Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Teymur Əliyev sərnişin qismində olduğu taksi fəaliyyəti göstərən avtomobildə saxlanılıb. Həmin avtomobilin yük yerindən T.Əliyevə məxsus 11 kiloqram 530 qram heroin, 2 kiloqram 460 qram tiryək, 10 kiloqram 545 qram qurudulmuş marixuana, 4 kiloqram 220 qram metamfetamin və 4560 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, T.Əliyev narkotik vasitə və psixotrop maddəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib və onun dediyi yerlərə çatdırılmasını təmin etməli imiş.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
Oxunub: 606
Oxşar xəbərlər
- Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Xaricdə təhsil almış daha 81 nəfərin diplomu tanınmayıb
- Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb
- Xaricdəki narkotacirə Bakıda kuryerlik edənlər tutuldu - VİDEO
- Xaricdə vaksinasiya olunan vətəndaşın COVID-19 pasportunun Azərbaycanda tanınma qaydası açıqlanıb
- Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
- Xaricdəki ticarət nümayəndələri səfirlikdə olmayacaq
- Xaricdə təhsil almış 64 nəfərin diplomu tanınmadı
- Xaricdə təhsil vizası adı ilə 34 nəfəri aldatdılar - MƏHKƏMƏ