Bolqarıstan azərbaycanlıların Ukraynanı tərk etməsini nəzərə alaraq viza tələbini ləğv edib
20:48 27 Fevral 2022
Bolqarıstan Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib.
Bu barədə Femida.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsindən bildirilib.
“Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.
Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Oxunub: 493
Oxşar xəbərlər
- Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb
- Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
- Bolqarıstan Ukraynaya silah göndərməyəcək
- Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
- Bolqarıstanda parlament seçkiləri keçirilir
- Bolqarıstanın Baş naziri Azərbaycan Prezidentini ölkəsinə dəvət edib
- Bolqarıstan yanvarın 1-dən Azərbaycandan qaz almağa başlayır
- Bolqarıstanın yəhudi icması Ermənistanın son təxribatı ilə bağlı bəyanat verib
- Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar
- Bolqarıstandan heyvan gətirilməsinə qadağa qoyuldu