Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
20:58 02 Mart 2022
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən 21-28 fevral tarixlərində keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Femida.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Samux rayon sakini Məhərrəm Əsgərov, Xızı rayon sakini Kamran Qurbanov və Tovuz rayon sakini Sənan Mirzəyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: "Faktlarla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb".
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 520 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Oxunub: 555
Oxşar xəbərlər
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Goranboydakı mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
- Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz ov edənlər cərimələndi