Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
11:48 27 Noyabr 2021
Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən birgə profilaktik tədbirlər keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Bakı Şəhər Ticarət və Xidmət Departamenti və polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
Bu gün keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-dan çox vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Bildirilib ki, bu kimi reydlər paytaxtın mütəmadi olaraq bütün rayonlarında keçiriləcək.
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- Şəmkirdə yol polisi reyd keçirib
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Bakıda avtobus və mağazalarda reyd keçirilib, cərimələnənlər var
- Yol polisi Samuxda reyd keçirib
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Salyanda brakonyerlərə qarşı reyd keçirilib, qanunsuz balıq ovunun qarşısı alınıb
- Polis Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başlayır
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib