Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı ilk iclasını keçirəcək
19:27 07 Mart 2022
Bu gün Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üzrə ilk iclası keçiriləcək.
Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.
“Bu, Rusiyanın hərbi cinayətlərinə beynəlxalq hüquqi qiymət vermək üçün ilk addım olacaq. Nəticəni bir neçə ay, bir il, hətta bir neçə il ərzində əldə edəcəyik. Çünki bu, ciddi fəaliyyətdir. Amma biz nəticəni Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətkarlara qarşı konkret hökmlərində görəcəyik”, - o bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan daha əvvəl Rusiyanın Ukraynaya hücumu ilə bağlı araşdırmanın başlanıldığını demişdi.
Oxunub: 534
Oxşar xəbərlər
- Haaqa Məhkəməsi martın 16-da Ukraynanın Rusiyaya qarşı iş üzrə qərar verəcək
- Haaqa tribunalı Rusiyanın Ukraynaya hücumu ilə bağlı təhqiqata başlayıb
- Haaqa Məhkəməsi BU GÜN Ermənistanla bağlı QƏRAR VERƏCƏK
- Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı
- Haaqa Məhkəməsi Ermənistanın hərbi cinayətləri ilə bağlı məsələni araşdırır