Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb


13:21     13 Mart 2022 22_03_13_1647159767.jpg

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ana (şəxsiyyəti dəqiqləşdirilir) və 7 aylıq körpəsi Fərzəliyeva Alidə Saday qızı ağır xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Fərzəliyevanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 432