İranın tanınmış din xadimi vəfat edib


18:25     16 Mart 2022 22_03_16_1647437180.jpg

İranın və şiə təriqətinin tanınmış mərceyi təqlidi ayətullah Seyid Məhəmməd Gorani 82 yaşında vəfat edib.

Femida.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, o, İranın Qum şəhərində müalicə aldığı hospitalada ölüb.

Məlumata görə, ayətullah Gorani tanınmış fiqh alimlərindən olub. O, İranın məşhur din alimləri, ayətullah Burucerdi, ayətullah Gülpayaqani və ayətullah Ərakinin tələbələrindəndir. Ayətullah Gorani İslam dininin əməlləri ilə bağlı müxtəlif kitab və əsərlər yazıb.

Açar sözlər:

Oxunub: 425