İrəvanda Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək mitinqi keçirilir
18:55 19 Mart 2022
İrəvanda mindən çox şəxsin iştirakı ilə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək mitinqi keçirilir.
Femida.az TASS-a istinadən xəbər verir ki, Ermənistan və Rusiya bayraqlarının dalğalandırıldığı aksiya yerli xəbər portallarında canlı yayımlanır.
“Rusiya hərbçilərini dəstəkləyirik. Strateji tərəfdaşımızla birlikdəyik. Rusiyanı müdafiə etməklə öz dövlətçiliyimizi və müqəddəs kilsəni dəstəkləyirik”, - aksiyanın təşkilatçılarından biri, parlamentin sabiq deputatı Ayk Babuxanyan bildirib.
Aksiya iştirakçıları rusiyapərəst şüarlar səsləndirir, İkinci Dünya müharibəsinə həsr olunmuş mahnılar oxuyurlar.
Nümayiş Rusiya səfirliyinə istiqamətində yürüşlə başlayıb. Bununla iştirakçılar diplomatik missiyanın əməkdaşlarına dəstəklərini ifadə edirlər.
Oxunub: 307
Oxşar xəbərlər
- İrəvanda etirazçılarla polis arasında toqquşma olub
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- İrəvanda mitinq keçirilib, saxlanılanlar var
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- İrəvanda Köçəryanın Paşinyan əleyhinə mitinqi başlayıb
- İrəvanda kütləvi zəhərlənmə olub
- İrəvanda "çəngəlli terror" əməliyyatı
- İrəvanda aksiya: "Qaçqınlar" 2 aydır hökumətdən pul ala bilmir
- İrəvanda yeni həbslər dalğası: Tonoyan saxlanıldı