Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA


16:52     21 Mart 2022 22_03_21_1647863664.jpg

"Koronavirusa görə insanların yaşayışını məhdudlaşdırmaq olmaz".

Bunu pediatr Vaqif Qarayev bildirib. Mütəxəssis qadağaların aradan qaldırılmalı olduğunu deyib:

" Dinamika pozitivdir, bizdə də yoluxma sayı xeyli azalıb. Ən əsası koronavirusdan ölüm sayı azalıb. Qonşu Gürcüstan hökuməti endemik fazaya keçidi təsdiqləyib. Bu, yaxşı xəbərdir, çünki orada vəziyyət çox pis idi. Türkiyədə də vəziyyət yaxşıdır. Məncə, qadağaları götürmək olar. Ölkədə hər ailədə koronavirusa yoluxan oldu. Hər kəs özünü qorusa yaxşıdır".

Açar sözlər:

Oxunub: 662