Sabirabadda 19 yaşlı qız intihara cəhd edib


18:24     27 Mart 2022 22_03_27_1648391118.jpg

Sabirabadda intihara cəhd hadisəsi baş verib.

Hadisə Yolçubəyli kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Gülbahar Pacıx qızı xlor içərək intihara cəhd göstərib. Lakin yaxınları vaxtında buna müdaxilə edib. G.Gözəlova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2754