Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
18:34 21 İyun 2022
Sabirabadda həyat yoldaşına əzab verməkdə və onu intihar həddinə çatdırmaqda təqsirləndirilən Muğamat İbadova hökm oxunub.
Bu barədə "Femida.az-a zərərçəkmişin hüquqi varisinin vəkili Mədail Fərzəliyev məlumat verib.
O bildirib ki, Sabirabad Rayon Məhkəməsinin hakimi Nürəddin Sadıqovun sədrliyi ilə keçirilən prosesdə M.İbadov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2020-ci il noyabrında baş verib.
Belə ki, rayon sakini Sevinc İbadova yanıq xəsarətləri ilə əvvəl Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan isə Bakıya göndəriblər. Respublika Yanıq Mərkəzinin yanıq şöbəsində 1 aydan çox müalicə alan qadın həmin ilin dekabr ayının 24-də orada vəfat edib.
Qadın xəstəxanada müalicə alarkən polis əməkdaşlarına izahat verib. S.İbadova izahatında deyib ki, əri M.İbadov onu özünü öldürməyə vadar edib.
Daha sonra M.İbadov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 2710
Oxşar xəbərlər
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb
- Sabirabadda motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var
- Sabirabadda yol qəzasında 3 nəfər xəsarət alıb
- Sabirabadda 19 yaşlı qız intihara cəhd edib
- Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb
- Sabirabadda keçmiş məhkumdan narkotik və silah aşkarlanıb
- Sabirabadda intihara cəhd olub