Dünya çempionu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb


12:28     02 Aprel 2022 22_04_02_1648884156.jpg

Futbol üzrə ABŞ millisinin sabiq qapıçısı Houp Solo saxlanılıb.

Femida.az "New York Post"a istinadən xəbər verir ki, buna veteran qolkiperin içki vəziyyətdə avtomobilini idarə etməsi səbəb olub.

O, iki uşağının olduğu maşında huşsuz halda tapılıb. Polisə müqavimət göstərmək və uşaqlara qarşı zorakılıqda ittiham olunan Solo girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, Houp Solo 2000 - 2016-cı illərdə ABŞ yığmasında çıxış edib. O, ikiqat olimpiya çempionu və 2015-ci il dünya çempionatının qalibidir.

Açar sözlər:

Oxunub: 315