Mayın 1-dən qaz istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
19:52 08 Aprel 2022
Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilib.
Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.
Oxunub: 441
Oxşar xəbərlər
- Mayın sonunadək əksər rayonlarda temperatur yüksələcək
- Mayın 16-da Ay tutulacaq
- Mayın 1-dən bu xidmətdən istifadə dayandırılacaq XƏBƏRDARLIQ
- Mayın 28-də “ASAN xidmət” işləməyəcək
- Mayın 28-i avtobuslar və Bakı-Sumqayıt qatarı işləyəcək - RƏSMİ
- Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA
- Mayın 25-də “YAŞAT” Marafonu keçiriləcək
- Mayın 8-də pensiyaların ödənişi tam yekunlaşacaq
- Mayın 18-nin dərs cədvəli açıqlandı
- Mayın 18-də Rusiya vətəndaşları Azərbaycandan təxliyə ediləcək