Bakıda özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub


21:31     21 İyun 2022 22_06_21_1655829126.jpg

Bakıda bir neçə nəfərə qarşı etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etməkdə təqsirləndirilən Qumru Vəliyeva və Qalib Orcəlizadəyə hökm oxunub və onların hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

İttiham aktına əsasən, Q.Vəliyeva özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin səlahiyyətli əməkdaşı təqdim edərək ayrı-ayrı şəxslərdən xeyli pul alaraq onlara pensiya və digər sosial müavinətlər düzəldə biləcəyi vədini verib. O, vətəndaşlara əlilliklə əlaqədar təyin edilmiş pensiyanın məbləğinin artırılaraq aylıq 450 manat verilməsi, ünvanlı dövlət sosial yardım təyin etdirmək, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi torpaq sahəsinin məhkəmə qaydasında alınması və psixi pozuntuları ilə bağlı aldığı əlilliyə görə pensiya müddətinin 5 il müddətinə artırılması imkanına malik olmasını bildirib.

Cinayət materiallarında qeyd olunub ki, Q.Orcəlizadə Q.Vəliyeva ilə "iş birliyi"ndə olaraq vətəndaşlara qarşı dələduzluq edib.

Onlar ümumilikdə vətəndaşlara qarşı 30 min 970 manat ziyan vurublar.

Açar sözlər:

Oxunub: 366