Rusiyanın ən iri desant gəmilərindən birinin komandiri Ukraynada öldürülüb
20:59 18 Aprel 2022
Rusiyanın Qara dəniz donanmasına məxsus ən iri desant gəmilərindən biri olan “Sezar Kunikov”un komandiri, üçüncü dərəcəli kapitan Aleksandr Çirva Ukraynada müharibə zamanı ölüb.
Femida.az xəbər verir ki, bu barədə Sevastopol vilayətinin qubernatoru Mixail Razvojaev teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, A.Çirva döyüşlər zamanı gəminin ekipaj üzvlərinin həyatını xilas etməyə nail olsa da, özü ağır yaralanıb. Komandir aprelin 18-də Sevastopolda dəfn edilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri martın 29-da Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib. Həmin vaxt daha iki iri desant gəmisi - “Novoçerkassk” və “Sezar Kunikov”un da zədələndiyi bildirilirdi. Məhz A.Çirvanın da həmin vaxt ağır yaralandığı ehtimal olunur.
Xatırladaq ki, A.Çirva Sevastopol şəhərində anadan olub. O, 2015 və 2016-cı illərdə Suriya döyüşlərində də iştirak edib.
Oxunub: 503
Oxşar xəbərlər
- Rusiyanın nə qədər raket və mərmi ehtiyatı qalıb?
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb
- Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib
- Rusiyanın Ukraynada itkilərinin sayı 40 min nəfərə çatır
- Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
- Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 21 minə çatıb