Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var


21:55     18 Aprel 2022 22_04_18_1650301351.jpg

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, Yevlax-Bərdə yolunda motosiklet yük maşını ilə toqquşub.

Nəticədə motosiklet sürücüsü, Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Tural Qasımov ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 819