Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb


10:32     04 İyul 2022 22_07_04_1656914949.jpg

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az-ın məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayonunun Havarlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Z.Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Vaqif Çələbi oğlu Məmmədovu vurub.

Nəticədə piyada ağır xəsarətlər alıb və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 645