Türkiyə hərbçisi İraqda şəhid olub


12:58     20 Aprel 2022 22_04_20_1650438672.jpg

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi Pənçə-Kilit əməliyyatı bölgəsində daha bir türk hərbçi şəhid olub.

Femida.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Kaan Kanlıkuyu terrorçuların raket hücumu nəticəsində şəhid olub.

“Bölgədə antiterror əməliyyatları davam edir”, - nazirlikdən qeyd olunub.

Kaan Kanlıkuyu Pənçə-Kilit əməliyyatında şəhid olan ikinci Türkiyə hərbçisidir.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Açar sözlər:

Oxunub: 331