BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq edib
09:26 28 Aprel 2022
Koronavirus pandemiyası ilə əlaqədar zəifləmiş sanitar tədbirlər, adi peyvəndlərin kəsilməsi, Ukrayna və Əfqanıstandakı münaqişələr səbəbindən milyonlarla insanın məcburi köçkün olması bütün dünyada əsas yoluxucu xəstəliklərin yayılma riskini artırıb.
Femida.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.
ÜST və UNICEF bu ilin yanvar və fevral aylarında dünyada qızılca xəstəliyinə yoluxma hallarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 79% artması ilə bağlı narahatlığını bildirib. 2022-ci ilin ilk iki ayında bütün dünyada 17 338 qızılca hadisəsi qeydə alınıb ki, bu da ötən ilin yanvar-fevral aylarında 9 665 nəfərlə müqayisədə xeyli çoxdur.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, koronavirus pandemiyası immunlaşdırma xidmətlərinin pozulmasına və qızılca da daxil olmaqla ölümcül xəstəliklərin artmasına səbəb olub.
Oxunub: 390
Oxşar xəbərlər
- BMT-nin Baş katibi Ukraynada səfərdədir
- BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
- BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
- BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
- BMT baş katibi Ukraynaya səfər edib
- BMT-nin Baş katibi Ukraynadakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə çağırış edib
- BMT: "Rusiya Ukraynaya azı 24 dəfə kasset bombası atıb"
- BMT Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmaq üçün komissiya yaradıb
- BMT qətnaməni qəbul etmədi
- BMT: "Hərbi əməliyyatlarda 847 dinc sakin ölüb"