BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
13:58 06 Avqust 2022
“Nüvə silahından istifadə təhlükəsi indi dünyada getdikcə aktuallaşır”.
Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterriş şənbə günü Xirosimada ABŞ qoşunları tərəfindən şəhərin atom bombası ilə bombalamasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışında deyib.
“İnsanlıq dolu silahlarla oynayır”, - “UN News” Baş katibin sözlərindən sitat gətirib.
A.Quterreşin sözlərinə görə, hazırda təhdidedici nüvə çalarları ilə böhranların sürətlə yayılması müşahidə olunur. O, Yaxın Şərq, Koreya yarımadası və Ukrayna ətrafındakı vəziyyəti xatırladıb.
Baş katib daha əvvəl Nyu Yorkda Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında oxşar narahatlığı dilə gətirmişdi. O, həmçinin bəşəriyyətin Xirosimanın bombalanmasından dərs çıxarıb-çıxarmaması ilə bağlı suala cavab tapa bilmədiyini açıqlamışdı.
Oxunub: 789
Oxşar xəbərlər
- BMT-nin Baş katibi Ukraynada səfərdədir
- BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
- BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
- BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq edib
- BMT baş katibi Ukraynaya səfər edib
- BMT-nin Baş katibi Ukraynadakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə çağırış edib
- BMT: "Rusiya Ukraynaya azı 24 dəfə kasset bombası atıb"
- BMT Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmaq üçün komissiya yaradıb
- BMT qətnaməni qəbul etmədi
- BMT: "Hərbi əməliyyatlarda 847 dinc sakin ölüb"