Meşə ərazilərində aşkarlanan qanunsuz ocaqxanaların sayı açıqlanıb


21:33     29 Aprel 2022 22_04_29_1651252062.jpg

"Ötən il ərzində meşə ərazilərinə yaxın yerlərdə qanunsuz ocaqxanalarda kömür istehsalı ilə bağlı 20-yə yaxın fakt aşkar olunub".

Femida.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib.

FHN rəsmisi bildirib ki, həmin faktlar sənədləşdirilərək baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib göndərilib: “Bu gün də bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir. Bu ilin mart ayı ərzində Qax rayonunda qanunsuz ocaqxanalarla bağlı 16 nəfərin fəaliyyəti aşkarlanıb. Odur ki, vətəndaşlarımız diqqətli olmalıdırlar”.

Açar sözlər:

Oxunub: 430