Yardımlıda 52 yaşlı qadın itkin düşüb - FOTO


17:52     01 May 2022 22_05_01_1651413248.jpg

Yardımlıda 52 yaşlı qadın itkin düşüb.

Hadisə Kürəkçi kəndində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü kənd sakini Fərəcova Bəsirə Fazil qızı aprelin 29-da sübh vaxtı, saat 4-5 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Həmin gündən etibarən kənd ərazisində axtarışlar nəticə vermədiyindən ailə üzvləri bu barədə polis şöbəsini məlumatlandırıb.

Onu görənlərdən və ya B.Fərəcova barəsində məlumatı olanlardan “055-638-26-00” telefon nömrəsinə xəbər vermələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 484