Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb


14:14     04 May 2022 22_05_04_1651657434.jpg

"Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir ki, bu göstəricilər ümumilikdə qənaətbəxşdir".

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, uşaq bağçaları arasında yenə də problemli müəssisələr var: "Lakin bu gün həm də işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmağı planlaşdırırıq. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayını dəqiq bilmək çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi bağçalara da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq".

Açar sözlər:

Oxunub: 403