Aİ-nin Rusiyaya tətbiq edəcəyi növbəti sanksiyalar paketinin müddəaları açıqlanıb
15:39 04 May 2022
Brüsseldə Avropa Parlamentinin iclası keçirilir. Yığıncaqda Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi müzakirə olunur.
Femida.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviter səhifəsində yazıb.
“Nəhayət, biz indi Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu, asan olmayacaq. Ancaq biz bunun üzərində işləməliyik. Rusiyaya təzyiqi maksimuma çatdırmaqla yanaşı, bunun iqtisadiyyatımıza təsirini də azaltmalıyıq. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Biz Buçada hərbi cinayətlər törətmiş şəxslərin kim olduğunu bilirik. Onlar cavab verəcəklər. Biz Prezident Vladimir Putinin yalanlarını təbliğ edən kanalın efirini dayandırırıq. Rusiyanın ən böyük bankl olan “Sberbank”a və daha iki banka sanksiya tətbiq edirik”, - o vurğulayıb.
Oxunub: 408
Oxşar xəbərlər
- Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib
- Aİ-nin yeni səfiri Azərbaycana gəlib
- Aİ-nin terrorçu kimi tanıdığı "Sasna tsrer"in üzvlərinə hökm oxunub
- Aİ-nin Ali Nümayəndəsi Rusiyaya sanksiya tətbiq olunmasını təklif edəcək
- Aİ-nin ali nümayəndəsi Azərbaycan və Ermənistan XİN başçıları ilə danışıqlar aparıb
- Aİ-nin xüsusi nümayəndəsi İrəvana gəlib