NATO İsveç ətrafında əlavə qüvvələr yerləşdirəcək


11:11     06 May 2022 22_05_06_1651815167.jpg

NATO hələ alyansa daxil olmazdan əvvəl İsveç ətrafında əlavə qüvvələr yerləşdirə bilər.

Femida.az İsveçin SVT telekanalına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, İsveç ərizəni təqdim etdiyi vaxtdan NATO-ya üzv seçilənə qədər keçid dövründə olacaq və alyans bu müddət ərzində ölkənin təhlükəsizliyini təmin etməyə hazırdır.

Baş katib bildirib ki, İsveçi qorumaq üçün nəzərdə tutulan yollardan biri NATO-nun artırılmış mövcudluğu, o cümlədən Baltik dənizi sahillərində və İsveçə bitişik ərazilərdə blokun əlavə qüvvələrinin yerləşdirilməsi olacaq.

Stoltenberq İsveçin üzvlük prosesinin tez bir zamanda başa çatacağına ümid etdiyini vurğulayıb və əlavə edib ki, alyansdakı bütün ölkələrin öz ərazilərində nüvə silahı yerləşdirmək barədə qərar vermək hüququ var.

Qeyd edək ki, mayın 4-də ABŞ İsveçin NATO üzvlüyünə namizədliyini dəstəkləyib.

Açar sözlər:

Oxunub: 363