Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb


21:12     07 May 2022 22_05_07_1651937753.jpg

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən təxminən 30 yaşlı kişini vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı koma vəziyyətində olduğundan onun hələlik şəxsiyyətinin müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2908