Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
11:14 11 May 2022
Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Həzrət Əliyevin məhkəməsi başlayır.
Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Vüqar Əhmədovun icraatına verilib.
Məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Cəlilabad rayonunda qeydə alınıb.
Belə ki, H.Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevə xəsarətlər yetirib. Daha sonra xəstəxanaya aparılan yaralı orada ölüb.
H.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 3550
Oxşar xəbərlər
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb
- Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb
- Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda qətl törədən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda narkokuryerlər 19 kq narkotiklə saxlanılıb