Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
09:09 13 May 2022
Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Femida.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də şəhərin 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 404
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb
- Sumqayıtda zibillərin daşınmamasına şirkət direktoru cərimələnib