Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib


09:58     16 May 2022 22_05_16_1652678816.jpg

“Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan İrəvanda polis əməkdaşlarının rüşvət aldıqlarını açıqlayıb.

Bu barədə Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir.

"Armpoçt"un binasında polis əməkdaşları peçenye şəklində rüşvət alırlar” – Vardevanyan deyib.

Otuz il idi ki, məhkəmələrdə, ədalət mühakiməsi sahəsində müsbət tərəflər vardı. Amma indi bunun baş verdiyini söyləmək səhv olardı. Hakimlərimiz var, məhkəmələrimiz var, amma ədalət yoxdur”, - deputat deyib. O, bu qanunsuzluqlara görə Ermənistan hakimiyyətini ittiham edib, eyni zamanda ölkənin bir sıra sahələrində vəziyyətin daha da pisləşdiyini bildirib.

Açar sözlər:

Oxunub: 358