Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb


10:22     01 İyul 2022 22_07_01_1656653116.jpg

Ermənistanda Livan vətəndaşının meyiti aşkarlanıb.

Bu barədə Femida.az “Shamshyan.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Qeqarkunik rayonunda qeydə alınıb. Xarici ölkə vətəndaşının meyiti “Nissan” markalı avtomobildə aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin Livan vətəndaşı, 51 yaşlı Şaxe Q. olduğu müəyyənləşib.

Faktla bağlı təhqiqat aparılır.

Qeyd edək ki, bu, Ermənistanda xarici ölkə vətəndaşları ilə bağlı qeydə alınan növbəti hadisədir. Daha əvvəl paytaxt İrəvanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb. Bundan əvvəl də paytaxtda İran vətəndaşının asılmış meyiti tapılıb.

Açar sözlər:

Oxunub: 345