Ağsuda 59 yaşlı qadın itkin düşüb


10:58     03 İyun 2022 22_06_03_1654236846.jpg

Ağsuda 59 yaşlı qadın itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Xankişiyeva mayın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin boyu 145 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

"Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinin (020)226-27-93 şəhər və 055-820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 275