Rusiya hərbçiləri Ukraynanın Liman şəhərini Yer üzündən siliblər


21:54     04 İyun 2022 22_06_04_1654365310.jpg

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Liman şəhərini Yer üzündən siliblər.

Femida.az-ın xəbərinə görə, bu barədə Kiyev vilayəti Milli Polisinin məlumatında deyilir.

Limanın meri Aleksandr Juravlevin sözlərinə görə, şəhər tamamilə işğal olunub. Orada qaz, su, işıq yoxdur.

"Orada 7,5 min nəfərə yaxın sakin var. Onları evakuasiya etməyə hələ imkan yoxdur", - Juravlev bildirib.

“Şəhər sadəcə mövcud deyil, Rusiya hərbçiləri onu tamamilə dağıdıblar”, - o vurğulayıb.

Qeyd edək ki, Rusiya hərbçiləri mayın 30-da Severodonetsk əyalətinə daxil olublar və Limanda möhkəmləniblər.

Açar sözlər:

Oxunub: 343