Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb


13:19     03 Oktyabr 2022 22_10_03_1664788811.jpg

Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Diplomata Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”larla bağlı Finlandiya hökumətinin etirazı çatdırılıb.

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum” təşkil olunmuşdu. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də həmin ərazilərin ölkəsinə birləşdiyini elan etmişdi.

Açar sözlər:

Oxunub: 13482